“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının adı dəyişdirildi

27 Dekabr 2022 11:00

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının adı dəyişdirilib. 

Milli.Az Manset.az-a istinadən bildirir ki, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Naxçıvan" Sərhəd Dəstəsi adlandırılıb.

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının keçmiş komandiri general-leytenant Niyaməddin Tağıyevin vəzifəsindən azad edilərək onun yerinə polkovnik Bəhmən Babayevin təyin olunması bununla bağlıdır.

Milli.Az