Üstünə buz parçası düşən uşağın qolu sındı

27 Dekabr 2022 21:21

Rusiyada iki yaşlı uşağın damdan üzərinə buz parçası düşməsi nəticəsində qolu sınıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nijni Novqorod şəhərində baş verib.

Həkimlər uşağın qolunun sındığını bildiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb.

Damın təmizlənməsinə cavabdeh olan şəxslərlə bağlı tədbir görüləcək.

Milli.Az