Azərbaycanın ilk opera müğənnisinin anadan olmasından 115 il ötür

18 Aprel 2012 17:54
Milli.Az Trend Life-a istinadən xəbər verir ki, onu hələ sağlığında Azərbaycanda operanın "ilk qaranquşu" adlandırırdılar. 1921-ci ildə Şövkət Məmmədova Avropaya qostrol səfərindən sonra Bakıya qayıdarkən Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən qarşılanmışdı.

Ş.Məmmədova 1897-ci il aprelin 18-də Tbilisidə doğulmuşdu. O, ilk dəfə 15 yaşında Bakıda teatr səhnəsinə çıxıb. 1921-ci ildən Məmmədova Moskva, Leninqrad, Paris, Milan, Təbriz və Tbilisidə qostrol səfərlərində olub.

Milli.Az