Müəmmalı şəkildə yoxa çıxan sürücü son dəfə telefon danışığında görün nə deyib - ŞOK DETALLAR

26 Dekabr 2022 23:01

Ucarda müəmmalı şəkildə yoxa çıxan sürücünün axtarışları dayandırılıb. 

Milli.Az oxu24.com-a istinadən bildirir ki, FHN-in və DİN-in əməkdaşlarının itkin düşən sürücü Səlyəddin Vahidovun  tapılması istiqamətində həyata keçirdikləri birgə axtarışlar 3 gündür ki, davam edirdi. Axtarışlar hadisə baş verən ərazinin yaxınlığından keçən su kanalında aparılıb. 

Artıq bu gündən kanalda və ətraf ərazidə axtarışlar dayandırılıb.  Hazırda polis əməkdaşları ehtimal olunan digər versiyalar üzərində işləyirlər.

Sürücünün yaxınları deyir ki, polis Səlyəddin Vahidovun   maşınını saxladığı zaman o maşını tərk edərək dostuna yemək və siqaret aparıb. Daha sonra isə ondan xəbər ala bilməyiblər. 

Polis digər ehtimallar üzərində araşdırmaları davam etdirir. 

Səlyəddin Vahidovun qaçdığı fermada sonuncu dəfə görüşdüyü  Ucar rayon sakini Nazim İbrahimov şifahi olaraq bildirdi ki,  gecə saat təxminən 23 radələrində Səlyəddin  onun işlədiyi fermaya gəlib. Bildirdiyinə görə gündüz saatlarında Səlyəddin dən ona siqaret almasını xahiş edibmiş: "Siqareti mənə verəndə dedi ki, polis yolda  mənim maşınımı saxlatdı məndə maşını qoyub gəlmişəm. İçkili olduğunu hiss etdim. Bu səbəbdən də mənim yanımda,  fermada qalmağını istədim. O isə  5 dəqiqəlik məsafədə yerləşən evinə gedəcəyini bildirdi.  Bir neçə dəqiqədən sonra ona zəng etdim bildirdi ki, körpünün üstü ilə evə gedir. Bu vaxt telefonda xırıltı səsi gəldi. Əlaqə kəsildi. Bir müddət sonra yenə zəng etdim. Zəng çatsa da cavab verən olmadı".

Qeyd edək ki, dekabrın 23-ü  gecə saatlarında Baş Dövlət Yol Polisinin Ucar Rayon Şöbəsinin Yol Polisi əməkdaşları nömrəsiz "İJ" markalı minik avtomobilini  rayon ərazisində saxlayıblar. Sənəd təqdim etməyən sürücü hadisə yerindən qaçıb. Aparılan axtarışlar nəticəsində hadisə yerindən mobil telefon aşkar olunaraq götürülüb. Sürücü isə yoxa çıxıb. Yaxınları onun itkin düşməsi barədə polis şöbəsinə məlumat verib.

Milli.Az