Zurabişviliyə söz verilmədi, konfransdan imtina etdi

26 Dekabr 2022 22:51

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik görüşünə qatılmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Administrasiyadan bildirilib ki, prezident "Səfirlərin Konfransı 2022"-yə protokol pozuntusuna görə qatılmayıb.

Qeyd olunub ki, protokolda prezidentə çıxış üçün söz verilməyib və bu səbəbdən də ölkə Prezidenti Salome Zurabişvili səfirlərin konfransından imtina edib.

Milli.Az