Böyrək sindromu ilə hemorragik qızdırma

5 Yanvar 2023 06:04

Böyrəklərin zədələnməsi ilə gedən virus xəstəliyidir.
Ümumi məlumat:
Virus gəmiricilərdən ( çöl siçanı, leminq və s.) yoluxur. Onların ifrazatı olan tozla nəfəs aldıqda da yoluxma baş verir. Böyrək sindromu ilə hemorragik qızdırma iyun ayindan oktyabr ayına qədər insanlar təbiətdə olarkən, ən çox kənd əhalisi arasında baş verir.
Əlamətləri:
Xəstəliyin inkubasiya dövrü 4 saatdan 48 saata, bəzən 2-3 həftəyə qədər çəkə bilər. Bu zaman simptomlar zəif olur, yüngül əzginlik, hərarət bir az qalxa bilər. 1-ci 1-6 gün hərarət 38-40 dərəcəyə qədər qalxır. Güclü baş ağrısı, beldə, əzələlərdə ağrı, üşütmə qeyd olunur. Aydın işıq gözlərə pis təsir edir, gözlərin önündə əşyalar yayılır, sanki "tor" əmələ gəlir. Sifətin, boynun, döşün yuxarı hissəsi qızarır. Dil ağ ərplə örtülür, arterial təzyiq aşağı düşür. İnfeksiya bronxit, pnevmoniya şəklində keçir. Qara ciyər, dalaq böyüyür. 3-4 gün dəridə qansızmalar, əvvəl qoltuqaltı nahiyədə, daha sonra bədənin bütün hissələrində əmələ gəlir. Virus damarları zədələyır, xəstənin vəziyyəti pisləşir. 6-9 günə temperatur normallaşır, xəstənin vəzyyəti yaxşılaşır. Dəri solğun, ayaq və topuqlar göyümtül olur. Öskürək qanlı bəlğəmli, qanlı qusma olur. Nəcis qara olur, sidik ifrazı azalır. Müalicə olmadıqda qıcolma inkişaf edir. Vaxtında müalicə olmasa xəstə tələf ola bilər. 10-16 günə xəstənin vəziyyəti yaxşılaşır, sidik ifrazı düzəlir.
Siz nə edə bilərsiniz:
Təcili həkimə müraciət etmək lazımdır.
Həkim nə edə bilər:
Müalicə stasionarda aparılmalıdır. Xəstəlik insandan insana keçmir. Ciddi yataq rejimi təyin olunur. Tərkibində zülal, kalsium olan qidalar menyudan məhdudlaşdırılır. Xəstəyə mineral sular təyin olunur. Əsas virus əleyhinə preparatlar təyin olunur.
Proqnozu:
1-10% xəstə həlak olur. Müsbət nəticə vaxtında müalicə aparıldıqda əldə etmək olur.

Milli.Az