Ər-arvadın qatili görün kim çıxdı

26 Dekabr 2022 20:14

Hindistanın Uttar-Pradeş ştatında 12 yaşlı yeniyetmə üç şəriki ilə ər-arvadın evinə soxularaq onları öldürüb və qarət edib.

Milli.Az bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Polisin məlumatına görə, oğlan tanışı 60 yaşlı İbrahim Xan və onun 55 yaşlı həyat yoldaşı Hacranın pulu bir müddət əvvəl aldığını biləndə soyğunçuluğu planlaşdırıb. Dörd cinayətkar metal qırıntıları satmaq adı ilə cütlüyün evinin qapısını döyüb. Hacra qapını açan kimi iki quldur Mukeş və Şubham onu ​​dərhal boğublar.

Daha sonra 12 yaşlı uşaq və onun ortağı Sandip evə girərək yatmış Xanı boğublar. Bundan sonra təcavüzkarlar təxminən 54 min rupi (650 dollar), gümüş zəncir və mobil telefon götürərək qaçıblar. Cütlüyün qızı onların cəsədlərini taparaq polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir azyaşlı və iki cinayət ortağını saxlamağa nail olublar. Sandip hazırda polisdən qaçır. Qeyd olunub ki, müttəhimlər oğurladıqları pullarla silah alıb cinayət aləminə girməyi planlaşdırıblar.

İrfan Vəliyev
Milli.Az