İlham Əliyev Sankt-Peterburq şəhərinə işgüzar səfər edib - VİDEO - FOTO

26 Dekabr 2022 13:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az