"Bunları deyən kimi qızlar üstümə axışır"

26 Dekabr 2022 20:38

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil Beşiktada restoranlardan birində yemək yeyərkən kameralara tuş gəlib.

Mili.Az lent.az-a istinadən xəbər verir ki, jurnalistlərin "2023-də həyatınızda sevgi olacaqmı?" sualına Erbil "könlüm boş, təkliflərə açığam" cavabını verib.

Sullara özünəxas yumoristik cavab verən şoumen "Gəncəm, subayam, pulum var, bunları deyən kimi xanımlar üstümə axışır", - deyib.

Milli.Az