"Həyat yoldaşım mənim dərdimə dözmədi" - VİDEO

26 Dekabr 2022 15:56

"Günaydın, Azərbaycan" verilişi Əməkdar artist Gülbahar Şükürlünün evində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir il efirə çıxmayacağını deyən qarmon ifaçısı nəvəsindən şikayətlənib. O, nəvəsinin heç vaxt onun zənglərinə cavab vermədiyini deyib:

"Deyir ki, vaxtım olmur, Gülü".

G.Şükürlü 8 il xərçənglə mübarizə apardığını söyləyib:

"Əvvəl həyat yoldaşım sağ idi, müabirə aparmağa gücüm varıydı. İndi gücüm qalmadı. Zahid mənim dərdimə dözmədi, öldü. Ondan sonra yetim kimi olmuşam.Elə bilirdim ki, ondan əvvəl öləcəm".

Milli.Az