Gecə klubu belə yandı - VİDEO

26 Dekabr 2022 15:48

Rusiyada, Vladivostokda dekabrın 25-i bazar gününə keçən gecə "Unique" gecə klubunda yanğın baş verib. Hadisə videoya çəkilib.

Milli.Az bildirir ki, bu barədə "Baza" nəşri öz Telegram kanalında məlumat yayıb.

Yanğın gecə saat 2 radələrində çoxlu sayda ziyarətçinin kluba toplaşdığı vaxt başlayıb. Klub işçiləri alovlanan yanğını təkbaşına söndürə biliblər.

Yayımlanan videoya əsasən, ziyarətçilərin heç biri təxliyyə etmək fikrində olmayıb.

İrfan Vəliyev
Milli.Az