Bakıda nənə və nəvənin avtomobillə vurulmasının görüntüləri - ANBAAN VİDEO

26 Dekabr 2022 14:22

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə paylaşılıb. 

Sutkanın qaranlıq vaxtında Binə qəsəbəsində avtomobil yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu vurub. 

Hadisə nəticəsində 6 yaşlı uşaq ölüb, qadın isə xəstəxanaya yerləşdirilib. 

Həmin görüntüləri təqdim edirik:

Milli.Az