Paşinyan Rusiyaya səfərə gedib

26 Dekabr 2022 09:27

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Milli.Az