Xatun oğlunun toyuna xərclədiyi puldan danışdı

26 Dekabr 2022 10:53

"Hər şey yaxşı oldu. Amma nə maşın, nə də ev alırıq. Çalışdığım qədər toyda pul xərclədim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Şou xəbər" verilişində deyib. İfaçı bir neçə müddət əvvəl oğlu Adilə etdiyi toydan danışıb. O bildirib ki, məclis üçün çox pul xərcləyib. 

Xatun Xalq artisti Aygün Kazımovanın onun məclisinə qonorarla gəlməsi məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Kazımova heç bir qonorar almayıb və məclisə təmənnasız gəlib.

Milli.Az