Medvedyev: III Dünya müharibəsi olmasın deyə...

26 Dekabr 2022 07:52

Rusiya III Dünya müharibəsi və nüvə fəlakəti baş verməsin deyə, hər şeyi edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev öz məqaləsində yazıb.

"Əgər biz onları (maksimum təhlükəsizlik qarantı - red.) əldə etməsək, gərginlik qeyri-müəyyən müddətə qədər qalacaq. Dünya Üçüncü Dünya müharibəsi və nüvə fəlakəti astanasında tarazlığı saxlamaqda davam edəcək. Biz bunların baş verməməsi üçün hər şeyi edəcəyik", - deyə o bildirib.

Milli.Az