Ukraynaya 1,5 milyard dollar göndəriləcək

25 Dekabr 2022 23:43

Müttəfiqləri və partnyorları Ukraynanın enerji sisteminə dəstək üçün 1,5 milyard dollar göndərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkə hesabında yazıb.

"1,5 milyard dollar yardımın göndəriləcəyi ilə bağlı açıqlama var", - deyə o bildirib.

Baş nazir əlavə edib ki, indiyədək ölkəyə 200-dən çox yük maşını ilə enerji avadanlıqları gətirilib.

Milli.Az