İranda Britaniyaya casusluq edənlər yaxalandı

25 Dekabr 2022 22:28

İranın təhlükəsizlik qüvvələri Kirman əyalətində Britaniya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, qruplaşmaya daxil olan bir neçə nəfərin ikili vətəndaşlığı olub və yaxın gələcəkdə İranı tərk etməyi planlaşdırsalar da, buna vaxt tapmayıblar. Saxlanılanlar son iğtişaşlar zamanı təxribatda və sui-qəsddə iştirakda ittiham olunurlar.

Milli.Az