Türkiyəli cinayətkarlar Argentinada ələ keçdi

25 Dekabr 2022 21:47

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşmanın lideri Sərkan Qurtuluş və əsas koordinatoru Lider Camgöz Argentinada saxta pasportla yaxalanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Baş Əmniyyət Müdirliyi məlumat yayıb.

Bildirilib ki, qırmızı bülletenlə axtarışda olan hər iki şəxsin ekstradisiyası üçün Argentina rəsmiləri ilə danışıqlar aparılır.

Milli.Az