"Fransızların bəslədiyi ilan özlərini sancmağa başlayıb" - Akar

25 Dekabr 2022 19:49

"Fransızların bəslədikləri ilan özlərini sancmağa başladı. Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir". 

Milli.Az musavat.com-a istinadən bildirir ki,bunları Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. 

"Terrorçulara kömək etmək və dəstəkləməyin necə problemli olduğunu gördülər. Bunun oxşarı buradan uzaqda oldu. Harada oldu? Parisdə", - Fransanın paytaxtı Parisdə terror təşkilatının hücumlarına toxunan Akar əlavə edib.

Milli.Az