"Artıq istəmirəm səhvlərə məruz qalım. Səddimi bilirəm. O insanlar məndən üzr istəyirlər, səhvlərini anlayırlar. Amma görürsən ki, yenə səhv edirlər. Yaxşılıq edirik, canımızı fəda edirik, amma ibrət almırlar".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Şou xəbər" proqramında deyib. Müğənni ünvanına edilən tənqidlərdən söz açıb. O, obrazlarını anlamayanları paxıl adlandırıb:
"Paxıl insanlar deyirlər ki, get, heyvanlar üçün oxu. Şad olardım ki, insanlar sözdən dəyərlənib, şəfa tapsınlar".
Milli.Az