“Ölkədə ən bahalı reklamlara çəkilən bizik”

25 Dekabr 2022 18:27

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay-a istinadl yazır ki, Günay yoldaşı Zaur Baxşəliyevlə birgə Azərbaycanda ən bahalı reklamlara özlərinin çəkildiyini qeyd edib.

Bu barədə o, aparıcısı olduqları "Zaurla Günaydın" verilişində danışıb:

"Ölkənin ən məşhur xanımlarından biriyəm. Bunu tam səmimi deyəcəm, gizlədəcək nə var? Bir cütlük olaraq da, ayrı-ayrılıqda da Azərbaycanda ən bahalı reklamlara çəkilən məhz bizim ailədir, maşallah olsun".

Qeyd edək ki, Zaurla Günay 10 ildir evlidir. Onların Dilavər və Davud adlı iki övladı var.

Milli.Az