Mourinyo Portuqaliya millisinin təklifini rədd etdi

25 Dekabr 2022 17:09

İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçməkdən imtina edib.

Milli.Az report-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis fəaliyyətini klub səviyyəsində davam etdirmək istədiyi üçün bu addımı atıb.

Portuqaliyalı baş məşqçinin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. O, sözləşmənin sonunadək paytaxt təmsilçisində qalmaq niyyətindədir.

Beləliklə, 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmək ehtimalı yüksəkdir.

Milli.Az