Rusiyada güclü zəlzələ olub

25 Dekabr 2022 11:38

Rusiyanın Kamçatka diyarında 5,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanların episentri Ust-Kamçatsk kəndi olub.

Zəlzələ ocağı yerin 103 kilometr dərinliyində yerləşib.

Zəlzələ Ust-Kamçatsk və Klyuçi kəndinddə də hiss edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az