Talibandan qadınlara daha bir qadağa

24 Dekabr 2022 22:26

Taliban Əfqanıstanda qadınlara daha bir qadağa tətbiq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Taliban hökuməti məlumat yayıb.

Məlumata görə, Taliban qeyri-hökumət təşkilatlarına qadınların işdən uzaqlaşdırılması əmrini verib. Belə bir qərara səbəb isə bəzi qadınların geyim qaydalarına əməl etməməsi göstərilib.

Milli.Az