Ata yeniyetmə qızlarını namus üstündə öldürdü - FOTO

24 Dekabr 2022 21:58

Türkiyədə dəhşətli qətl hadisəsi olub.

Hadisə Konya şəhərində Məram qəsəbəsində qeydə alınıb. Suriya mənşəli Yusif Əhməd 12 və 17 yaşlarında olan iki qızını öldürüb.

O, polisə verdiyi ifadəsində, hadisənin namus üstündə olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlcə qızları ilə namus üstündə mübahisə ediblər. Sonra özündə olmayıb və birdən qızlarını öldürdüyü görüb.

Daha sonra qızlarını öldürən ata polisə gedərək, təslim olub.

Araşdırma aparılır.

Milli.Az