Bu ölkədə ölüm hökmü ləğv edildi

24 Dekabr 2022 21:57

Zambiya Prezidenti Hakainde Hiçilema ölkədə ölüm hökmünü ləğv edib.

Hiçilema, eyni zamanda dövlət başçısını təhqir etməyə görə cəza nəzərdə tutan qanunu qüvvədən salıb.

Zambiya məhkəmələri tez-tez ağır cinayətlərə görə ölüm hökmü çıxarır. Bu ilin əvvəlində ölkədə edam cəzasına məhkum edilmiş 257 cinayətkar ölüm cəzasını gözləyirdi. Lakin məhkəmə qərarı ilə sonuncu edam 1997-ci ildə Zambiyada həyata keçirilib.

Ölüm hökmünün ləğvi Hiçilemanın 2021-ci ilin yayında prezident seçkiləri kampaniyası zamanı verdiyi əsas vədlər sırasında olub.

Milli.Az