Podolyakdan İranla bağlı ŞOK ÇAĞIRIŞ: "Məhv edilməlidir..."

24 Dekabr 2022 20:32

"Dünya ictimaiyyəti boş sanksiyalar əvəzinə İranın silah zavodlarını məhv etməyə və komponentlərin tədarükçülərini həbs etməyə başlamalıdır".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O qeyd edib ki, İran Rusiyaya silah tədarükünün həcmini artırmağı planlaşdırır. Podolyakın fikrincə, bununla Tehran bütün beynəlxalq sanksiyalar institutunu cəsarətlə aşağılayır.

""İşləməyən sanksiyalar" anlayışından, BMT-nin "işləməyən qətnamələr"indən imtina edərək, daha dağıdıcı vasitələrə - istehsal müəssisələrinin məhv edilməsinə və təchizatçıların həbsinə keçmək vacibdir", - o, "Twitter"də yazıb.

Milli.Az