Dünya Çempionatındakı “danışılmış oyunlar”la bağlı FİFA-dan AÇIQLAMA

24 Dekabr 2022 13:35

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2022-ci ilin dünya çempionatında danışılmış oyunlarla bağlı iddialara aydınlıq gətirib.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı FİFA rəsmi saytında danışılmış oyunların olmadığını əks etdirən hesabat yayıb. 

Qeyd olunur ki, 2022-ci il dekabrın 22-də danışılmış oyunlar və üz-üzə mübarizələrin ədalətliliyi ilə bağlı məsələlərin monitorinqi üçün yaradılmış çoxtərəfli işçi qrupu uğurla başa çatıb. Belə hadisələr müəyyən edilməyib. 

Milli.Az