Almaniya İranla ticarət əlaqələrini dayandırır

24 Dekabr 2022 12:40

Almaniya İranla ticarət əlaqələrini dayandırır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Qərar ixrac kreditləri və investisiya zəmanətlərinə, eləcə də Almaniyanın menecment üzrə təlim proqramlarına və İrandakı ticarət sərgilərinə təsir edəcək.

Bildirilib ki, qərara səbəb İranda insan haqlarının pozulmasıdır.

Milli.Az