Fransa müdafiə naziri Ukraynaya səfər edəcək

24 Dekabr 2022 12:18

Fransa müdafiə naziri Sebastyan Lekornyu növbəti həftə Ukraynaya səfər edəcək.

Milli.Az bildirir ki, bu barədə BFMTV məlumat yayıb.

"Sebastyan Lekornyu 28 dekabr tarixində Ukraynaya yola düşəcək. Orada ukraynalı həmkarı Aleksey Renikovla görüşəcək", - deyə bildirilib.

Milli.Az