Xatirə tənqidlərə cavab verdi

24 Dekabr 2022 09:38

Müğənni Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir neçə gün əvvəl "Günün sədası" proqramında "Bir fikir var, eybəcər adam haqda deyirlər ki, əsas onun ürəyi gözəldir. Eybəcər insanın heç vaxt ürəyi gözəl ola bilməz" sözlərinə aydınlıq gətirib. O, bu barədə sosial şəbəkədə yazıb:

"Yenə aləmi qatmışam, fikrimi düz çatdırmamışam. Demək istəyirdim ki, pis əməlli insanın siması heç vaxt gözəl ola bilmez. Ürəyi gözəl olan insan isə heç vaxt çirkin görünə bilməz".

Milli.Az