Naxçıvanda ƏDV hiyləsi

23 Dekabr 2022 20:25

Naxçıvan Muxtar Respublikasının marketləri müştərilərə qəbz qaytaran zaman ƏDV vermir. 

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşlar da vəziyyətdən xəbərdardılar.

Məsələ ilə bağlı Naxçıvan Dövlət Vergi Xidmətinin mətbuat katibi Qəzənfər Bayramov açıqlama verib.

O bildirib ki, ƏDV-nin qaytarılması ilə bağlı vətəndaşlar da müraciətlər ediblər. Son 1 ayda Bakıdan dəvət olunmuş operatorların nəzarəti altında yeni nəsil kassaların quraşdırılması işi həyata keçirilir. Artıq 50-yə yaxın mağazada belə aparatlar qurulub. 

Milli.Az