Lavrov: Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur

23 Dekabr 2022 16:42

Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti yoxdur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur", - Lavrov deyib.

Milli.Az