Xoşqədəmlə bağlı üzücü xəbər

23 Dekabr 2022 19:46

Əməkdar jurnalist Xoşqədəm Baxşəliyeva valideynlərinin onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Milli.Az olay-a istinadən xəbər ki, bu barədə o, aparıcısı olduğu "Səni axtarıram" verilişində danışıb. Baxşəliyeva deyib ki, ata-anasını ölkəmizdə müalicə etdirərək sağalıb:

"İmkanım var idi ki, onları xaricə aparım. Mən Milli Onkologiya Mərkəzinə inandım. Nə yaxşı ki, onlara inandım. Dünən analizləri görəndə evimizdə toy-bayram idi. 85 yaşlı anam-atam bu xəstəliyə həkimlərimizin sayəsində qalib gəldi".

Milli.Az