Tacir ilə Fədayənin arasını kim vurub? - VİDEO

23 Dekabr 2022 19:30

Müğənni Tacir Şahmalıoğlu Fədayə Laçınla olan küsülülüyü barədə ilk dəfə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ifaçı "Şou xəbər" verilişində Fədayə Laçınla onun arasını bacısı İlahə Fədanın vurduğunu deyib:

"Bacısı aranı qarışdırmaq istədi, alınmadı. Çünki qalmaqala gedən insan deyiləm. Od olan yerdə su olmaq lazımdır. Odun üstünə benzinlə getmək bir şey deyil. Mənə ziyandır. Adım-sanım var, hamı məni bir simada tanıyır".

Qeyd edək ki, Tacir Şahmalıoğlu daha öncə Fədayə Laçın haqqında "Həyat yoldaşım Fədayəyə görə intihara cəhd etmişdi" - açıqlaması ilə yadda qalıb.

Milli.Az