Təyyarə sancılanan hamiləyə görə təcili eniş etdi

23 Dekabr 2022 18:26

Moskvadan Vladivostoka uçan təyyarə uşaq dünyaya gətirməyə başlayan sərnişinə görə Yekaterinburqda məcburi eniş edib.

Milli.Az bildirir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

Nəşrin məlumatına görə, reysin sərnişinlərindən biri uçuş zamanı özünü pis hiss edib. Qadının səhhətinin pis olması pilotları Vladivostoka uçan layneri Rusiyanın başqa bir şəhərində endirməyə məcbur edib.

Eyni reyslə uçan sərnişinlər qadının vaxtından əvvəl doğuş olduğunu ehtimal ediblər.

İrfan Vəliyev
Milli.Az