Toyda bəylə gəlin əlbəyaxa oldu, məclis ləğv edildi - VİDEO

23 Dekabr 2022 18:34

Hindistanda toy zamanı bəy və gəlin arasında mübahisə olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, mübahisədən sonra tərəflər bir-birilərinə zərbə endiriblər. Məlumata görə, bəyin davranışı gəlini qəzəbləndirib və o bəyə zərbə endirib. Bəy də buna qarşılıq verib.

Mübahisə bəyin gəlinin ağzına doğru qəribə hərəkət etməsiylə başlayıb. Lakin bəyin hansı məqsədlə belə etdiyi və onun davranışının nədən ibarət olduğu açıqlanmayıb. Gərginlikdən sonra toy ləğv edilib.

Milli.Az