"Həyatımda heç vaxt Ronaldu kimi diqqətli insana rast gəlməmişəm..."

24 Dekabr 2022 05:44

Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldunun nişanlısı İspaniyanın "Elle" parlaq jurnalının yeni nömrəsinin qəhrəmanına çevrilib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Model və rəqqasə Corcina Rodriges nəşrin üz qabığı üçün çəkilib və açıq müsahibə verərək, ilk dəfə olaraq yeni doğulan oğlunun ölümündən, qızının xəstəliyindən və "dünyanın ən yaxşı futbolçusu"na necə aşiq olmasından danışıb.

"Bu il mənim həyatımda ən mürəkkəb il olub. Ən xoşbəxt günüm ən kədərli günümə çevrilib və həyatım boyu bizimlə qalacaq, çünki biz heç vaxt bunu unutmayacağıq", - 28 yaşlı Corcina Rodriges açıq etiraf edib.

2021-ci ilin oktyabrında o, Kriştianu Ronaldu ilə pərəstişkarlarına məlumat veriblər ki, əkiz oğlan və qız gözləyirlər.
 
Aprel ayında model uşaqlarını dünyaya gətirib, oğlu dünyaya gələndən dərhal sonra vəfat edib. Bella Esmeralda adı verilən qız isə sağ qalıb və hazırda səkkiz aylıqdır.
 
Müsahibə bu ilin noyabr ayında verilib, o zaman yeddi aylıq qızcığaz ciddi xəstə olub və xəstəxanaya yerləşdirilib.
 
"Elle" jurnalının redaktorunun sözlərinə görə, Corcina Rodriges çəkilişi zamanı çox həyəcan keçirib və daima hospitala zəng vuraraq qızının vəziyyətini öyrənib.
 
"Onun indiyədək hərarəti çox yüksəkdir. Mənim indi istədiyim xəstəxanada körpəmlə birgə olmaqdır", - model öz hisslərini bölüşüb.
 
Corcina həmçinin Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb, ilk "taleyüklü" görüşlərinin təfsilatını xatırladıb.
 
Kriştianu ilə 2016-cı ildə "Gucci" mağazasında satıcı işləyərkən tanış olub. "Bu, ilk baxışdan məhəbbət idi. Mən Kriştuanunu ilk dəfə görəndə mənə elə gəldi ki, zaman dayanıb. Mən həyatımda heç vaxt belə gözəl və belə duqqətli insana rast gəlməmişəm", - Rodriges etiraf edib.
 
Model əlavə edib ki, ilk görüşdə futbolçunun zahiri görünüşü onu heyran edib.
 
"O, mənim gözlərimin nə zamansa gördüyü ən gözəl kişidir. Və mən xoşbəxtəm ki, dünyanın ən yaxşı futbolçusunun sevgilisiyəm", - o, bəyan edib.
 
37 yaşlı Kriştianu Ronaldu və 28 yaşlı Corcina Rodriges artıq altı ildən çoxdur ki, bir yerdədirlər. Cütlük beş övlad tərbiyə edir: 12 yaşlı balaca Kriştianu, 5 yaşlı əkizlər Yeva və Mateo, 4 yaşlı Alan və 8 aylıq Bella Esmeralda.
 
Öz müsahibələrinin birində futbolçu etiraf edib ki, gələcəkdə daha iki uşaq arzusundadır.

Milli.Az