Bu da Əlikramın əkiz nəvələri - FOTO

24 Dekabr 2022 00:22

Müğənni Əlikram Bayramov sosial şəbəkədə nəvələrinin fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı ötən il dünyaya gələn əkiz nəvələri Əlikram və Sara Xatunun doğum gününün olduğunu bildirib:

"Bu gün mənim üçün ikiqat bayramdır. Çünki həm mənim, həm də gül nəvələrim, gözlərimin nuru Əlikram və Sara Xatunun doğum günüdür".

Qeyd edək ki, Əlikram Bayramov oğlu Qalibin əkizlərinin dünyaya gəldiyini ötən il "Həmin Zaur" proqramında öyənmişdi.

Milli.Az