Parisdə atışma - ölən və yaralananlar var

23 Dekabr 2022 16:12

Fransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Agence France-Press" şəhərin polis departamentinə istinadən bildirib.

Ən azı 2 nəfərin öldüyü qeyd olunub və bir neçə nəfər yaralanıb.

Həmçinin əlavə olunub ki, atəş açan şəxs artıq saxlanılıb.

Milli.Az