"Mançester Siti" - "Liverpul" oyununda 5 qol vuruldu

23 Dekabr 2022 08:22

İngiltərə Liqa Kubokunun IV turunda "Mançester Siti" "Liverpul"u qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibi komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Siti"nin heyətində qolları Erlinq Holand (10-cu dəqiqə), Riyad Marez (47) və Natan Ake (58), "Liverpul"un heyətində qolları isə Fabiu Karvalyu (20) və Məhəmməd Salah (48) vurublar.

Beləliklə, "Mançester Siti" İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinə yüksəlib.

Milli.Az