Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

22 Dekabr 2022 22:18

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) çinli ağırlıqqaldıran Lyu Syaotszyunu yarışlardan kənarlaşdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, buna 38 yaşlı idmançının dopinq analizinin müsbət çıxması səbəb olub.

Üçqat olimpiya və beşqat dünya çempionunda bu ilin oktyabrında test götürülüb. Nümunədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş dərmanlar siyahısında olan eritropoietin (EPO) maddəsi aşkar edilib.

Qeyd edək ki, Lyu Syaotszyun London-2012, Rio-2016 (77 kq) və Tokio-2020 Yay Olimpiya Oyunlarının (81 kq) qalibidir.

Milli.Az