“Vaqner” Şimali Koreyadan silah alıb

22 Dekabr 2022 22:17

Moskvaya bağlı "Vaqner" özəl hərbi şirkəti (ÖHŞ) Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün Koreya Xalq Demokratik Respublikasından (KXDR) silah partiyası alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə amerikalı yüksəkranqlı məmur bildirib.

"Biz təsdiq edə bilərik ki, Şimali Koreya avadanlıqların ödənişini edən "Vaqner" şirkətinə ilkin silah tədarükünü başa vurub. Ötən ay Şimali Koreya "Vaqner" tərəfindən istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb", - mənbə bildirib.

ABŞ-ın qiymətləndirməsinə görə, KXDR-in tədarük etdiyi silahların sayı Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.

"Lakin biz Şimali Koreyanın "Vaqner"ə daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq", - məmur əlavə edib.

Milli.Az