Xaçmazda ana və oğlu döyülüb.
Lent.az-ın məlumatına görə, hadisə Xaçmaz şəhərində baş verib.
Şəhər sakini Aygün Abbasovanı 23 yaşlı oğlu Coşqunla birgə naməlum şəxslər döyüb.
Zərərçəkmişlərə tibbi yardım göstərilib. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az