Şəmkirdə 39 yaşlı kişi dəm qazından zəhərləndi

22 Dekabr 2022 21:57

Şəmkirdə 39 yaşlı kişi dəm qazından zəhərlənib.

Hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Həsənov Xəyal yaşadığı evdə dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az