Həbib Nurməhəmmədov “futbolun atası” ilə görüşdü - FOTO

22 Dekabr 2022 21:13

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində "Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə birgə çəkilmiş fotosunu paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şəkil Qətərdə keçirilən dünya çempionatı zamanı çəkilib. Həbib fotoya yazdığı şərhdə Zlatanı cəmisi 2 sözlə xarakterizə edib:

"Sizi görməyə şadam. Futbolun atası".

Zlatan İbrahimoviç uzun müddətdir ki, zədəlidir. Onun, qış fasiləsindən sonra meydana qayıdacağı gözlənilir.

Həbib karyerası ərzində 29 döyüş keçirib və hamısında qalib gəlib. O, UFC-də 13 qələbə qazanıb.

Milli.Az