Quru sərhədlər marta qədər açılmayacaq - RƏSMİ

22 Dekabr 2022 19:40

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Milli.Az