Latviya Prezidenti İlham Əliyevi təbrik edib

22 Dekabr 2022 16:02

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım. Tam əminəm ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdakı illərdə də genişlənməkdə davam edəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az