Sabah Moskvada vacib görüş olmalıymış, İrəvan iştirakdan imtina edib

22 Dekabr 2022 15:43

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşündən imtina edib.

Milli.Az report-a istinadən bildirir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib, Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvann qərarından təəssüfləndiyini söyləyib.

Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Milli.Az