Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırdı

22 Dekabr 2022 20:50

Rusiyalı MMA döyüşçüsü Mehti Dakayev Nəriman Abbasovu duelə çağırıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə azərbaycanlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Mütəxəssis bu döyüş üçün danışıqlar aparmağa hazır olduqlarını bildirib: "Əvvəlcə bu görüşə razılıq vermişdik. Amma Mehti özü imtina etdi. Yəqin, Nərimanın son məğlubiyyəti onu ruhlandırıb".

Qeyd edək ki, Nəriman Abbasov son olaraq, ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Dana White's Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində braziliyalı İsmael Bonfimə uduzub.

Milli.Az